patriotnews.az
http://patriotnews.az

"Kəpəz" PFK-da Yeni Təyinatlar – Namiq Qədirov İdarə Heyətinə Sədr Seçildi

Bu gün, 17:04 Baxılıb: 54

 

“Kəpəz” Peşəkar Futbol Klubunun İctimai Birliyində rəhbərlik dəyişikliyi baş verib. Klubun İdarə Heyətinin keçirilən son iclasında Namiq Qədirov yekdilliklə İdarə Heyətinin yeni sədri seçilib.

İclas çərçivəsində heyətə yeni üzvlər də daxil edilib. Belə ki, Fərman Əlizadə sədrin idarəçilik məsələləri üzrə, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunublar.

Yeni rəhbərlik Gəncədə yerləşən Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış olub, klubun əsas komandasının məşqçilər heyəti və futbolçuları ilə görüş keçirib. Görüş zamanı həmçinin komandanın məşq prosesi də izlənilib.

Rəhbərlik dəyişikliklərinin klubun gələcək inkişafına müsbət təsir göstərəcəyi və həm infrastruktur, həm də idman göstəriciləri baxımından yeniliklərə yol açacağı gözlənilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031