“Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid ailələri ilə görüş keçirilib
“Konstitusiya və Suverenlik İli” və ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri ilə görüş keçirilib.
Patriot News.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin müdir müavinləri, sektor müdirləri və digər əməkdaşlar iştirak ediblər.
Görüş zamanı çıxış edən Elçin Kərimov şəhid ailələrinin cəmiyyətimiz üçün ən hörmətli təbəqələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin əsas prioritetlərindən biri şəhid ailələrinin, müharibə veteranlarının və qazilərin sosial rifahının təmin olunmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasi irsinin davamı olaraq, bu gün də şəhid ailələri dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur.
Elçin Kərimov bildirib ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq heç zaman unudulmayacaq, onların xatirəsi daim uca tutulacaq. O, təhsil ictimaiyyəti adından şəhidlərimizin ailələrinə dərin ehtiramını ifadə edib.
Görüşdə şəhid valideynləri övladlarının keçdiyi şərəfli döyüş yolundan danışıblar, onların igidliyi və vətənpərvərliyini fəxrlə xatırlayıblar. Ailə üzvləri öz müraciət və təkliflərini bölüşüb, qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Bu cür görüşlər şəhid ailələri ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə və ictimai həmrəyliyin inkişafına mühüm töhfə verir.
@Patriot News.az