XİN rəhbəri: İraqlı həmkarımla regional təhlükəsizliyin aktual məsələlərini müzakirə etdik
Bu barədə Azərbaycan XİN rəhbəri C.Bayramov bu gün iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
"Biz Hindistan və Pakistan arasında münasibətlərin artan eskalasiyasından dərin narahatlığımızı ifadə etdik. Həmçinin həlak olanların ailələrinə başsağlığı verdik. Qardaş və bacılarımıza tezliklə sağalmaları üçün arzularımızı bildirdik. Eyni zamanda, tərəflərə vəziyyətin deeskalasiyası və bütün fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsi çağırışı ilə müraciət etdik", - C.Bayramov vurğulayıb.