Gəncədə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbir keçirilib
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbir təşkil olunub.
Patriot News.az xəbər verir ki. tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qazılar Şurasının üzvü hacı Tahir Abbasov, Qarabag Qaziləri İctimai Birliyinin Gəncə şəhər filialının sədri Eyvaz Hüseynov, dini konfensiya nümayəndələri, dini icma sədrləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan stendlərlə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Bildirilib ki, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası dövlətçiliyimizin formalaşmasında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. Qeyd olunub ki, Ulu Öndər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətini daim vurğulayırdı.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirilib.