patriotnews.az
http://patriotnews.az

Gəncədə Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının ofisinin açılışı oldu

24-12-2024, 21:30 Baxılıb: 322

 

24 dekabrda Gəncədə “Qarabağ qaziləri” İctimai Birliyinin Gəncə filialının ofisinin açılışı münasibətilə tədbir keçirildi.  Görüşdən əvvəl  iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər. Sonra Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımız uğrunda şəhid olmuş vətən oğullarını yad etdilər və monumentin qarşısana gül əklilləri düzdülər. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə “Qarabağ qaziləri” İB-nin Gəncə filialının sədri Eyvaz Hüseynov açaraq, qazilərimizə məxsus ofisin açılışı barədə məlumat verdi. O Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın qazilərimizə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. Eyvaz Hüseynov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevi qazilərimiz adından  ad günü münasibətilə təbrik etdi.
 O həmçinin, yeni ofisin açılışında qazilərimizə göstərdiyi dəstəyə görə Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramova qazilərimiz adından minnətdarlığını bildirdi.
Tədbirdə Azərbaycan Respublikası “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Seymur Abdullayev, şəhid  Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) Fondunun rəhbəri Ədalət Məhərrəmov, Gəncə şəhər icra hakimiyyətinin  Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri  Mahir Hüseynov, əfsanəvi komandir Rasim Əkbərov , ADAU-nun prorektoru Əhməd Məlikov və Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, çıxış edərək  qazilərimizə məxsus ofisin açılışı münasibətilə onları təbrik etdilər  və Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açdılar. 
Tədbirdə Birliyin həyatında yaxından iştirak edən ictimai fəallara Azərbaycan Respublikası “Qarabağ qaziləri” İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov tərəfindən təşəkkürnamələr təqdim olundu.
Belə möhtəşəm bir gündə  bir qrup gəncəli qaziyə Azərbaycan Respublikası “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Seymur Abdullayev tərəfindən filialın üzvlük vəsiqələri təqdim olundu.
 Tədbirin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad gününə qazilərimiz tərəfindən hazırlanmış tort kəsildi.
 Sonda qonaqlar  yeni  açılmış ofislə  yaxından tanış oldular.      

Müəllif : Patriot News. az saytının baş redaktoru Ceyhun Əliyev

  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30