patriotnews.az
http://patriotnews.az

Gəray Qiyasov – Jurnalistikadan İdman İdarəçiliyinə Peşəkar Addım

Dünən, 11:40 Baxılıb: 253

 

Tanınmış jurnalist və idman mütəxəssisi Gəray Qiyasov "Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə təyin olunub.

Televiziya, radio və yazılı media sahəsində uzun illər peşəkarlıqla çalışan Gəray müəllim, xüsusilə Real TV-dəki fəaliyyətilə və obyektiv yanaşması ilə tanınıb. Onun idman sahəsindəki dərin biliyi və analitik baxışı bu sahədə nüfuzlu sima kimi qəbul olunmasına səbəb olub.

Yeni təyinatla Gəray Qiyasov doğma Gəncəyə qayıdaraq "Kəpəz" klubunun media strategiyasını gücləndirmək, brendini inkişaf etdirmək və ictimaiyyətlə əlaqələri daha effektiv qurmaq istiqamətində çalışacaq.

Uğurlar, Gəray Qiyasov!
Gəncənin və “Kəpəz”in uğurlu gələcəyinə töhfəniz böyük olacaq.

Müəllif: Ceyhun Əliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031