Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılmır
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılmır.
Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Biz növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyilik. Hökumət planlı rejimdə işləyir", - o, jurnalistlərlə söhbətində qeyd edib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına planlaşdırılıb.