patriotnews.az
http://patriotnews.az

Qarabağ qaziləri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər

Dünən, 10:11 Baxılıb: 212

 

6 may 2025-ci il tarixində Gəncə şəhərində Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə şəhər filialının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Dövlətçiliyimizin memarıdır” adlı anım tədbiri keçirildi.

Tədbirdə Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, "Aztelekom" Qərb Regional filialının rəhbəri Mirdamət Cabbarlı, DQİDK-nin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, “Azərişıq” ASC Qərb RETSİ-nin Gəncə Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov, Qarabağ qaziləri, şəhid ailələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Ceyhun Əliyev açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra söz Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynova verildi. O, çıxışında bildirdi:
“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur. Onun rəhbərliyi altında ölkənin bütün sahələrində inkişafın əsası qoyuldu və bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ qaziləri olaraq bu irsə sadiqik.”

Daha sonra çıxış edən Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Aztelekom
Qərb Regional Filialının rəhbəri Mirdamət Cabbarlı, DQİDK-nin Gəncə-Daşkəsən  regional bölməsinin müdiri Həsən Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev və “Azərişıq” ASC-nin rəsmisi Elgün Qafarov,  Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğundakı əvəzsiz rolunu, milli-mənəvi dəyərlərə və şəhid ailələrinə göstərdiyi diqqəti vurğuladılar.

Daha sonra Birinci Qarabağ müharibəsi iştirakçısı, qazı Fəxrəddin Sultanov çıxış edərək dedi:
“Heydər Əliyev cəbhədə döyüşən hər bir əsgərin, qazinin və şəhidin ailəsinin arxasında dayanmışdı. Biz o zamanlar Onun siyasi iradəsi ilə güc aldıq, ümid tapdıq.”

Tədbirdə şəhid  Rəşad Ələkbərovun anası  qazı Nailə Ələkbərova da duyğulu çıxış etdi:
“Oğlumun ruhu bu gün də bu torpaq üçün yaşayır. Biz analar Heydər Əliyev kimi dövlət başçılarının yaratdığı güclü dövlətə güvənirik. O, şəhid ailələrinə hər zaman xüsusi qayğı ilə yanaşırdı.”

Çıxışlardan sonra Elgün Qafarova qazilərə göstərdiyi dəstəyə görə Təşəkkürnamə ilə təltif edildi.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi. Qarabağ qaziləri tərəfindən hazırlanmış tort kəsildi və tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Bu tədbir Qarabağ qazilərinin və şəhid ailələrinin Ulu Öndərə olan ehtiramını, dövlətçiliyimizin təməllərinə bağlılığını bir daha nümayiş etdirdi.


Müəllif: Ceyhun Əliyev

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031