patriotnews.az
http://patriotnews.az

Ərdoğanın müşaviri: PKK-nın özünü buraxması ilə bağlı heç bir sövdələşmə olmayıb

Bu gün, 16:18 Baxılıb: 1

Ərdoğanın müşaviri: PKK-nın özünü buraxması ilə bağlı heç bir sövdələşmə olmayıb

Türkiyə hökuməti terrorçu PKK-nın özünü buraxması ilə bağlı heç bir sövdələşmə aparmayıb.

Bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç bildirib.

"Biz indi PKK qurultayının çağırıldığı və yaxın zamanda onun qərarının elan ediləcəyi mərhələdəyik. Bəzi hallarda müxalifət nümayəndələri hansı güzəştlərin olduğunu və kompromisə nail olunub-olunmadığını soruşurlar. Heç bir güzəşt, heç bir bazarlıq yoxdur", - A.Kılıç bildirib.

O qeyd edib ki, indi əsas məsələ PKK-nın silahsızlaşdırılmasıdır: “Hər şeydən əvvəl PKK silahı yerə qoymalı və silahlı müqavimətdən imtina etdiyini elan etməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031