patriotnews.az
http://patriotnews.az

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün, 17:05 Baxılıb: 4

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbirdə xəstəxananın direktoru İlkin İsmayılov, direktor müavinləri, şöbə müdirləri və tibb müəssisəsinin digər əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən İlkin İsmayılov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və inkişafında oynadığı müstəsna roldan bəhs edib. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçıları sayəsində dayanıqlı inkişaf yolunda inamla irəliləyir.

Tədbirin sonunda Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyətindən bəhs edən videomaterial nümayiş olunub.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031