Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Cenevrədə Çin və ABŞ arasında yüksək səviyyəli ticari-iqtisadi danışıqlar başlayıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Çin nümayəndə heyətinə Baş nazirin müavini He Lifen başçılıq edir. Vaşinqtonu maliyyə naziri Skott Bessent təmsil edir.