Ərdoğan: NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüşündə deyib.
Onlar ikitərəfli münasibətlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.
Ərdoğan Türkiyənin alyansa önəm verdiyini diqqətə çatdırıb.
O, həmçinin Ankaranın müttəfiqlərindən terrorizmlə mübarizə istiqamətində dəstək gözlədiyini vurğulayıb:
“Türkiyə NATO-nun güclü olması üçün əlindən gələni etməyə davam edəcək. NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir. Razılaşma ilə bağlı fürsət qiymətləndirilməlidir”.
Məlumata görə, tərəflərin görüşündə Türkiyənin xarici işlər naziri Halkan Fidan, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə müşavifi Akif Çağatay Kılıç da iştirak ediblər.