patriotnews.az
http://patriotnews.az

Onların mənzillə təminat müddəti uzadıldı

Dünən, 19:00 Baxılıb: 0

Onların mənzillə təminat müddəti uzadıldı

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilib. 

Prezident İlham Əliyev bununla bağlı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb.

Dəyişikliyə əsasən, yuxarıda qeyd olunan şəxslər (ailələr) 2030-cu ilə qədər (bundan əvvəl 2021–2025-ci illər) mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031