patriotnews.az
http://patriotnews.az

Gəncədə Uşu üzrə “Qərb Kuboku” Yarışı Keçirildi

Bu gün, 18:14 Baxılıb: 38

 

10-11 may 2025-ci il tarixlərində Gəncə İdman Liseyində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası (AÇDNA) və Azərbaycan Uşu Federasiyası (AUF) Qərb filialının birgə təşkilatçılığı ilə 3 qat dünya, 15 qat Azərbaycan çempionu Elnur İlqar oğlu Alıyevin xatirəsinə həsr olunmuş uşu idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq “Qərb kuboku” yarışı keçirilib.

Yarışda ümumilikdə 250-yə yaxın idmançı, 30 komanda (Gəncədən 15, Bakıdan 8, Samuxdan 3, Göyçay, İsmayıllı, Şəki və Kəlbəcərdən isə hər birindən 1 komanda) 60 çəki dərəcəsində öz qüvvəsini sınayıb.

Komanda nəticələrinə əsasən:

Gəncə komandası I yer,

Bakı komandası II yer,

Göyçay komandası isə III yerə layiq görülüb.


Qalib idmançılar diplom, medal və kuboklarla təltif olunublar.

Yarışın yekununda qalib idmançılar və onların məşqçi-müəllimləri təbrik olunub.


Müəllif: Fərman Əliyev

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031