Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı keçirilib
Azərbaycan Texnologiya Universitetində (ATU) təşkil olunan Karyera Festivalında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ATU-nun rektoru Yaşar Ömərov, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, “Azersun Holding”in nümayəndəsi Səadət Əliyeva, dövlət qurumlarının və özəl sektorun rəhbərləri, sahibkarlar və tələbələr iştirak ediblər.
Festivalın açılışında çıxış edən rektor Yaşar Ömərov bildirib ki, ATU ənənəvi Məzun Yarmarkasını bu ildən etibarən Karyera Festivalı ilə əvəz edərək tələbələr üçün yeni imkanlar yaradır. Bu təşəbbüs müasir, tələbəyönümlü və bacarıqəsaslı təhsil modelinə uyğunluq baxımından önəmlidir.
Adil Tağıyev iştirakçıları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, tələbələrə uğurlar arzulayıb və festivalın gənclərin məşğulluğuna töhfə verəcəyini qeyd edib.
Daha sonra tələbələr Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan 600-dən çox bakalavr və 150-yə yaxın magistr tələbə müxtəlif müəssisələrin stendlərinə yaxınlaşaraq vakansiyalarla tanış olublar. Eyni zamanda, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən tələbələrə maarifləndirici məlumatlar verilib.
@Patriot News.az