patriotnews.az
http://patriotnews.az

İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir - YENİLƏNİB

Bu gün, 14:11 Baxılıb: 16

İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin vaxtı hələ razılaşdırılmayıb.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vaxt hələ razılaşdırılmayıb", - o qeyd edib.

Onun sözlərinə görə, Moskva Tehranla əməkdaşlığı yüksək qiymətləndirir: "Bu ölkə ilə tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əlaqələrimizin inkişaf səviyyəsini yüksək qiymətləndiririk".

***

Tehran və Moskva Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinə hazırlıq görürlər.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Rusiya Prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişaf planında yer alır. Hazırlıqlar, münasib vaxtda baş tutacaq səfərin təşkili ilə bağlı Rusiya tərəfi ilə məsləhətləşmələr aparırıq", - diplomat jurnalistlərə bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031