İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, "Orta Dəhliz ənənəvi olaraq ticarət və mal daşınmasına yönəlmiş qeyri-enerji nəqliyyat marşrutu kimi nəzərdən keçirilsə də, o əhəmiyyətli enerji potensialına malikdir".
Azərbaycanın tranzit potensialından danışarkən, nazir ölkənin yüklərin fasiləsiz hərəkətinin təmin edilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.