patriotnews.az
http://patriotnews.az

"ASAN Könüllülərinin Diskussiya Platforması" çərçivəsində növbəti görüş baş tutub

Bu gün, 10:14 Baxılıb: 5

 

14 may 2025-ci il tarixində “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində ASAN könüllüləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüblər.

PatriotNews.az saytının müxbiri Fərman Əliyev məlumat verir ki, görüş zamanı “QHT fəaliyyətində gənclərin iştirakçılığı: Yeni dövrün çağırışları və imkanlar” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Aygün Əliyeva çıxışında vətəndaş cəmiyyətinin inkişafında gənclərin artan rolunu vurğulayıb, onların təşəbbüskarlıq göstərərək sosial layihələrdə fəal iştirak etmələrinin əhəmiyyətindən danışıb. O, həmçinin müasir dövrün yaratdığı yeni çağırışlar və bu sahədə mövcud imkanlar barədə fikirlərini bölüşüb, gənclərə öz tövsiyələrini verib.

Görüş qarşılıqlı sual-cavab və fikir mübadiləsi formatında davam edib.

Qeyd edək ki, “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə fəal iştirakının təşviq edilməsi, onların rəy və təkliflərinin dinlənilməsidir. Layihə çərçivəsində müxtəlif mövzularda keçirilən görüşlər gənclərin bilik və dünyagörüşünün artırılmasına, onları maraqlandıran məsələlərin operativ şəkildə müzakirəsinə imkan yaradır.

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031