Ərdoğan və Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan əvvəl görüşəcəklər - YENİLƏNİB
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların başlanmasından əvvəl Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski Ankarada görüşəcəklər.
Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
***
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların nahardan sonra başlanması gözlənilir.
Bu barədə “RİA Novosti” mənbəyə istinadən xəbər verib.
Qeyd olunub ki, səhər saat 9-dan Türkiyə prezident administrasiyasının İstanbuldakı iş ofisinin ərazisi çoxlu sayda polis və hərbçilər tərəfindən mühafizə olunur, orada bir neçə polis avtobusu və etirazların qarşısını almaq üçün istifadə edilən su şırnaqları da yerləşdirilib.