İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr başa çatıb - YENİLƏNİB
Bu barədə TASS məlumat yayıb.
Danışıqlar 5 saatdan çox davam edib.
ABŞ nümayəndə heyəti Rusiyanın İstanbuldakı Baş konsulluğunu birinci tərk edib.
***
Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutacaq məsləhətləşmələr, birinci danışıqlar raundunda olduğu kimi qapalı formatda keçiriləcək.
Bu barədə TASS-a mənbə bildirib.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri artıq İstiqlal küçəsində yerləşən Rusiyanın Baş Konsulluğunun binasına gediblər.
Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.
Daha əvvəl A.Darçiyev danışıqlar zamanı diplomatik əmlakın qaytarılması məsələsini qaldıracağını bildirmişdi.
Qeyd edək ki, tərəflər arasında ilk məsləhətləşmələr Ər-Riyadda keçirilib və 12 saatdan çox davam edib. Danışıqların yekunlarına görə, Ağ Ev Rusiya və ABŞ-nin təhlükəsiz gəmiçiliyi təmin etmək, həmçinin Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəldiyini bəyan edib.