Region məktəbliləri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gəncə-Daşkəsən RTİ-nin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil oyunları platforması” tərəfindən Gəncə-Daşkəsən RTİ-nin tabeliyində fəaliyyət göstərən 20 ümumtəhsil məktəbinin 6-11-ci sinif şagirdləri arasında Nə? Harada? Nə zaman? oyunu üzrə Gəncə şəhər açıq kuboku keçirilib.
Yarışda Gəncə, Naftalan şəhərlərində, Goranboy, Daşkəsən, Samux, Göygöl rayonlarında təhsil alan məktəblilərdən ibarət komandalar yarışıb.
Yarışın sonunda Goranboy rayon Yeniyol kənd Ç.Hümbətov adına tam orta məktəbin "Qladiator" komandası I yerə, Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin "Dragon" komandası II yerə, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin "Mübarizlər" komandası isə III yerə layiq görülüb.
Qalib komandalara kubok, medal, fəxri fərman və hədiyyələr təqdim edilib.