Gəncə-Daşkəsən RTİ rəhbəri qalib müəllimlərlə görüşüb!
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Bakı şəhərində keçirilən “Nə? Harada? Nə zaman?” Respublika çempionatında I yerə layiq görülmüş müəllimlərlə görüş keçirib.
İdarə müdiri qalib komandaların üzvlərini təbrik edərək, onların bu uğurunun müəllim nüfuzuna və təhsil sahəsində intellektual fəaliyyətə verdiyi töhfəni yüksək qiymətləndirib. Elçin Kərimov vurğulayıb ki, bu cür yarışlar müəllimlərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, sağlam rəqabət və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Qalib komandalar:
Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Kayzen” komandası
Goranboy rayonunun və Göygöl rayonunun müxtəlif məktəblərindən ibarət “The masters” komandası
Bu uğur münasibətilə qalib komandaları təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq!
@Patriot News.az