patriotnews.az
http://patriotnews.az

“Zelenski özünü niyə belə aparır?”

7-01-2025, 15:40 Baxılıb: 25

 

Ukraynaya Belarusu müharibəyə sürükləmək tapşırılıb”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O, qeyd edib ki, Belarus belə bir ssenariyə tab gətirə bilməz:

“Bilirsiniz, onlar təzyiq altındadırlar. Zelenski niyə özünü belə aparır? Biz onunla yaxşı idik. Niyə boş-boş danışır, nəyi çatmır? Xaricdən ona əmr verirlər. Əgər Belarus müharibəyə sürüklənsə, vəziyyət çətin olacaq.

Zelenski bu yaxınlarda dedi ki, hər kəs “Yaşasın Belarus!”, - deyə qışqıracaq. Yaşasın, əlbəttə, çox yaşasın. Bununla o belə demək istəyir ki, tezliklə bütün Belarusda hamı bu şüarları səsləndirəcək. Deyəsən, tezliklə vəziyyətin Ukraynadakı kimi olacağını nəzərdə tuturdu”, - deyə Lukaşenko bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930