patriotnews.az
http://patriotnews.az

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

26-03-2025, 18:45 Baxılıb: 3

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini Stefania Ciannini ilə müvafiq sahədə davam edən əməkdaşlıq və perspektivləri müzakirə edib.

Bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

“UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Azərbaycan elm və təhsil naziri Zati-aliləri cənab Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini xanım Stefania Ciannini ilə görüşüb. Onlar təhsil sahəsində davam edən əməkdaşlıq və perspektivləri müzakirə ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031