patriotnews.az
http://patriotnews.az

Qalmaqallı şirkətdə bu mənzillərin satışı dayandırıldı

1-04-2025, 17:05 Baxılıb: 0

Qalmaqallı şirkətdə bu mənzillərin satışı dayandırıldı

“Melissa Group” tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.

Bununla bağlı müvafiq qərar qəbul olunub.

Fakt şirkətdən təsdiqlənib. Bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.

Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.

Xatırladaq ki, martın 27-də “Melissa Group” tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evin söküntüsü həyata keçirilib. Hadisədən sonra “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavotorun sürücüsü Qala Eynullayev həbs olunub.(İqtisadiyyat.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031