Gəncə Qarabağ qaziləri Milli Qəhrəman Hökumə Əliyevanın yeddi mərasimində iştirak ediblər
Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov , şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova və filialın idarə heyətinin üzvləri təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın mərasimində iştirak ediblər. Onlar Hökumə Əliyevanın doğmalarına dərin hüznlə baş sağlığı verərək, onlara allahdan səbr diləyiblər.
Qeyd etmək istəyirik ki , təyyarə qəzasında həlak olanlar dekabrın 29-da dəfn olunublar. Onlardan üçü – təyyarənin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.
@ Patriot News.az