patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər Nizami Gəncəvi Muzeyində “Nizami Gəncəvi Muzeyi, yeni məkanda – 10 il” adlı tədbir keçirilib

13-02-2025, 21:30 Baxılıb: 0

 

Patriot News.az xəbər verir ki, Gəncə şəhər Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə muzeyin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Nizami Gəncəvi Muzeyi, yeni məkanda – 10 il” adlı tədbir keçirilib. Tədbirdə, müəssisə rəhbərləri, ziyalılar, şəhər ictimaiyyəti və məktəblilər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Nizami Gəncəvinin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar. 

Tədbirdə muzeyin fəaliyyəti və burada qorunan eksponatlar barədə məlumat verilib. Gəncə şəhər 39 nömrəli tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər. Bundan əlavə, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri tərəfindən Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş musiqi nömrələri ifa edilib.

Sonda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olub, Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə ətraflı məlumat əldə ediblər.    

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
1USD  1.7000
1EUR  1.9328
1GBP  2.2559
100RUB  2.0703
1TRY  0.0447