Bayramov: Azərbaycan və Sloveniya arasında ticari münasibətlərində müsbət dinamika müşahidə olunur
Azərbaycan və Sloveniya ticari-iqtisadi münasibətlərin genişləndirilməsi üçün potensiala malikdir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında bildirib.
"Müsbət dinamika müşahidə olunur, lakin Azərbaycan və Sloveniya arasında ticarət-iqtisadi münasibətlərin potensialı hələ tam açılmayıb", - C.Bayramov qeyd edib.