patriotnews.az
http://patriotnews.az

Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək

Dünən, 12:05 Baxılıb: 0

Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistana səfər edəcək.

Bu barədə STA agentliyi məlumat yayıb.

Azərbaycana səfəri zamanı o, Baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq.

T.Fayon Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsini, eləcə də enerji sahəsində əməkdaşlığı müzakirə edəcək.

XİN başçısı həmçinin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun birinci iclasında və biznes forumda iştirak edəcək.

O, bu gün Ermənistana ikigünlük səfərə gedəcək, aprelin 17-də isə Azərbaycana gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930