patriotnews.az
http://patriotnews.az

"Sərhədçi"nin basketbolçusu: "Hər maçtda qalib gələ bilərik"

17-04-2025, 14:33 Baxılıb: 0

"Sərhədçi"nin basketbolçusu: "Hər maçtda qalib gələ bilərik"

Məncə, hər matçda qalib gələ bilərik.

Bunu "Sərhədçi"nin basketbolçusu Antonio Uliyams klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Sabah"a qarşı keçirəcəkləri oyunla bağlı danışıb:

"Sadəcə, öz oyunumuzu göstərməliyik. Pley-in seriyasının üçüncü görüşədək uzanmasına görə komandamız yorğun ola bilər. Amma qələbə üçün meydana çıxmalıyıq. Başqa yolumuz yoxdur".

Antonio Uliyams pley-in mərhələsində "Sumqayıt"a qalib gəldikləri qarşılaşmalar haqqında da fikirlərini bölüşüb:

"Sonuncu matçda dörd hissənin üçündə yaxşı oynadıq. Fikrimcə, görüşün sonları daha gərgin keçdi. Biz isə sərtlik və birlik nümayiş etdirdik. Buna görə də qələbə qazana bildik. İkinci dueldə uduzmaq əslində bizə motivasiya oldu. Daha çox qələbə qazanmaq istəyi yarandı. Uduzmağı heç sevmirəm. Düşünürəm ki, birinci oyunda böyük qədər xal fərqi ilə qalib gəldikdən sonra ikincidə rəqibi düzgün qiymətləndirmədik. Nəticədə məğlub olduq və "Sumqayıt" həmin qarşılaşmada qələbəyə layiq idi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930