patriotnews.az
http://patriotnews.az

Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb

17-04-2025, 11:19 Baxılıb: 2

Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb

Elm və təhsil naziri Emin Əmrullayev 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb.

“Report”un əldə etdiyi məlumata görə, birinci sinfə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

Onlayn qeydiyyat mayın 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə mayın 6-dan başlanılacaq.

Qeyd olunub ki, yeni tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil ediləcək.

Həmçinin şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr keçiriləcək, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30