patriotnews.az
http://patriotnews.az

Onlar qəbul imtahanı üçün ödəniş etmirlər - SİYAHI

17-04-2025, 14:26 Baxılıb: 0

Onlar qəbul imtahanı üçün ödəniş etmirlər - SİYAHI

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlayıb. Proses mayın 1-dək internet vasitəsilə aparılacaq. Qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

Qəbul üçün ilk dəfə müraciət edənlər ödənişdən azaddırlar. Cari ilin məzunları ilk dəfə müraciət etdiyi üçün onlar qeydiyyat zamanı ödəniş etmirlər.

Ancaq ötən ilin məzunları artıq bir dəfə ali məktəbə qəbul üçün müraciət ediblərsə, onlar üçün bu proses ödənişli olacaq.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanının (I mərhələ) qiyməti 45 manatdır. 

İmtahanın ikinci cəhdində iştirak etmək istəyənlər isə 50 manat ödəniş etməli olacaqlar.

Aşağıdakı şəxslər hər iki cəhddə ödənişdən azaddırlar:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930