patriotnews.az
http://patriotnews.az

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyası və Suverenliyinin Banisidir: Gəncədə 28 May "Müstəqillik Günü" Təntənə ilə Qeyd Olundu

27-05-2025, 18:41 Baxılıb: 131

 

28 May – Müstəqillik Günü münasibətilə Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialında təntənəli tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət müstəqilliyi və konstitusiyasının banisi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə və ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Dövlət himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla tədbirə start verilib.

Tədbiri Gəncə filialının sədr müavini Ceyhun Əliyev açaraq, 28 May – Respublika Gününün xalqımız üçün müqəddəs və qürurverici bir tarix olduğunu vurğulayıb. O bildirib:
“Azərbaycan müstəqilliyi və dövlətçiliyi Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti ilə qorunub və möhkəmləndirilib. Bu gün biz onun qurduğu dövlətin inkişafını, qazilərimizin və şəhidlərimizin qəhrəmanlığını yad edirik. Onların fədakarlığı sayəsində bu gün müstəqil, suveren və güclü Azərbaycan dövləti mövcuddur.”

Filialın sədri Eyvaz Hüseynov çıxışında qeyd edib:
“28 May tariximizdə dövlətçilik ənənələrimizin əsasını qoyan mühüm gündür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi qorundu, konstitusiyası hazırlandı və müasir dövlətçiliyin əsasları yaradıldı. Onun əziz xatirəsi və şəhidlərimizin qanı bahasına əldə edilən müstəqillik daim qəlbimizdə yaşayacaq.”

Qarabağ qazisi Sadiq Babayev isə tədbirdə səmimi çıxış edərək vurğulayıb:
“Biz qazilər döyüş meydanında yalnız torpaqlarımızı deyil, həm də müstəqilliyimizi və suverenliyimizi qoruduq. Bu gün Azərbaycanın dövlətçiliyinin dayaqları Ulu Öndərimizin qoyduğu möhkəm təməllər üzərində qurulub. Gəncləri milli dəyərlərə sadiq olmağa və Vətənə sədaqətlə xidmət etməyə çağırıram.”

Tədbirin sonunda filialın bir qrup fəal üzvünə təşəkkürnamə və hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında Dilbər Ələkbərova, Yetər Tursunova və Sadiq Babayev də olub. Müstəqillik Günü münasibətilə keçirilən bu tədbir qazilər arasında həmrəyliyin, vətən sevgisinin və milli birlik ruhunun təntənəsinə çevrilib.

Tədbirdə Heydər Əliyevin müdrik kəlamı bir daha vurğulanıb:
“Azərbaycanın dövlət müstəqilliyi bizim milli sərvətimizdir. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.”


Fərman Əliyev

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031