patriotnews.az
http://patriotnews.az

Gəncədə Səmimi Görüşlər: Niyazi Bayramov Şəhər Sakinləri ilə Bir Arada

28-05-2025, 16:36 Baxılıb: 224

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov asudə vaxtını şəhər sakinləri və ziyalılarla keçirdi. Şəhərin müxtəlif ərazilərində gəzinti edərək, sakinlərlə səmimi söhbətlər aparan Niyazi Bayramov onların müraciət və təkliflərini dinlədi.

Patriot News.az xəbər verir ki, görüş zamanı o, Gəncə sakinlərini 28 May – Müstəqillik Günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırdı. Niyazi Bayramov vurğuladı ki, vətəndaşlarla birbaşa ünsiyyət qurmaq, onların gündəlik həyatı və ehtiyaclarını öyrənmək şəhər rəhbərliyinin əsas prioritetlərindəndir.

Sakinlər isə öz növbəsində şəhərdə aparılan abadlıq və quruculuq işlərindən razı qaldıqlarını bildirərək, dövlətin və şəhər rəhbərliyinin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə etdilər.

Görüş mehriban, isti və səmimi ovqatda yekunlaşdı.

 
@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031