patriotnews.az
http://patriotnews.az

Qəzzada planlaşdırılan atəşkəs təxirə SALINDI

19-01-2025, 12:00 Baxılıb: 13


Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin “HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

“Ynet” portalının məlumatına görə, “HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.

Bu, texniki səbəblərlə əlaqələndirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hələ də girovların siyahısını almadığını təsdiqləyib. Onun sözlərinə görə, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.

Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını İsrailə təhvil vermədiyini təsdiqləyib.

Müvafiq bəyanat radikalların teleqram kanalında dərc olunub. “HƏMAS atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, lakin qeyd edir ki, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, - sənəddə deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930