patriotnews.az
http://patriotnews.az

Rusiyada sərnişin və yük qatarları toqquşub

18-12-2024, 18:51 Baxılıb: 41


Rusiyada sərnişin və yük qatarları toqquşub

Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

Bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"İlkin məlumata görə, bu gün Murmansk - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub", - məlumatda qeyd olunub.

Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.

Bildirilib ki, bütün halların araşdırılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üçün Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova hadisə yerinə gedib.

RJD şirkətindən bildirilib ki, ilkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. Həmin ərazidə hərəkət dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031