Goranboylu idmançı, XXXIII Yay Olimpiya Oyunlarında III yerin qalibi Həsrət Cəfərovla rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tanınmış idmançı, həmyerlimiz Həsrət Cəfərovla görüşüb, idmançımızı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi münasibətilə təbrik etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə, Cəfərov Həsrət Valeh oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Həsrət Valeh oğlu Cəfərov 5 oktyabr 2002-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub, altı yaşından güləşlə məşğul olmağa başlayıb. Əvvəl doğma Qaradağlı qəsəbəsində məşq edib, 2015-ci ildən isə məşqlərinə Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. 2020-2024-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan, Həsrət Cəfərov yeniyetmələr arasında Azərbaycan Güləş Federasiyasının Kubokunun və 17 yaşlı güləşçilər arasında Avropa Çempionatının qalibi olmuşdur. Karyerası ərzində mübarizə apardığı 22 beynəlxalq turniri 11 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub və çıxdığı 12 final görüşünün 11-də qalib gəlmişdir. 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında 67 kq çəki dərəcəsində III yeri qazanaraq, Ümumilikdə Avropa Çempionatlarında 2 dəfə — 2023 və 2024-cü illərdə qalib olaraq, Dünya Çempionatının finalçısı olmuşdur. Həmçinin 2017-ci ildə U17 Avropa Çempionatının, 2021-ci ildə U20 Dünya və Avropa Çempionatlarının, həmçinin U23 Dünya Çempionatının qalibi olub. Avropa Gənclər Olimpiya Festivalı, İslam Həmrəyliyi Oyunları da daxil olmaqla bir sıra beynəlxalq turnirlərin də qızıl medallarına sahib olubdur. Hal-hazırda Azərbaycan yığma komandasının üzvüdür. Azərbaycanın Beynəlxalq dərəcəli idman ustasıdır.
@Patriot News.az