patriotnews.az
http://patriotnews.az

DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib

6-01-2025, 15:26 Baxılıb: 32

DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli Qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, il ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

1 yanvar 2025-ci il tarixindən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bu tələbə əməl etmələri zəruridir.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930