patriotnews.az
http://patriotnews.az

"Cempionların savaşı" adlı turnirin heyətində dəyişiklik baş verib

22-04-2025, 15:11 Baxılıb: 17

 

Patriot News.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığıyla keçiriləcək “Çempionların savaşı” adlı turnirin heyətində dəyişiklik baş verib.

Hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib. Bununla bağlı Azərbaycan Şahmat Federasiyasına müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
28-30 aprel tarixlərində Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30