patriotnews.az
http://patriotnews.az

Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verdi

7-01-2025, 13:46 Baxılıb: 30

Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930