patriotnews.az
http://patriotnews.az

İmamoğlu barəsində daha bir araşdırma başladıldı

24-02-2025, 18:29 Baxılıb: 0

İmamoğlu barəsində daha bir araşdırma başladıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində bakalavr diplomunun saxta olması iddiaları əsasında daha bir araşdırma başladılıb.

İmamoğlu məsələ ilə bağlı martın 5-də ifadə verəcək. 

Xatırladaq ki, İstanbulun meri barəsində bundan əvvəl iki araşdırma başladılıb. O, bir müddət əvvəl televiziya proqramında iştirak edərkən İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.

İmamoğlunun Akın Gürlek və ailəsi ilə bağlı dediyi ifadələrə görə həbsi tələb olunub. Belə ki, bununla bağlı İstanbul Cümhuriyyət  Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən ittiham aktı hazırlanıb. Akta əsasən, İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilməsi istənilir.(Hürriyet)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930