patriotnews.az
http://patriotnews.az

Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar

11-04-2025, 11:45 Baxılıb: 0

Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar

Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinən saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Belə ki, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün “TikTok” sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və  24 yaşlı Ə.Abbasova saxlanılıblar.

Araşdırma aparılır.

"Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar"- məlumatda qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930