patriotnews.az
http://patriotnews.az

Göygöl rayonunda hesabat müşavirəsi keçirilib

10-04-2025, 20:58 Baxılıb: 3

 

Patriot News . az xəbər verir ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı yanında hesabat müşavirə keçirilib
Hesabat müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. 
Hesabat müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Aparatının ayrı-ayrı şöbələrinin, həmçinin  rayonda  fəaliyyət  göstərən idarə, müəssisə və  təşkilatların  2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda  duran vəzifələrə həsr olunmuş hesabatları  dinlənilib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib, müşavirənin yekununa dair qərar layihəsi qəbul olunub.
Sonda hesabat dövrü ərzində rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup şəxs Göygöl  Rayon İcra Hakimiyyəti  başçısının Fəxri Fərmanı ilə təltif olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930