patriotnews.az
http://patriotnews.az

“Gürcüstan Dəmir Yolları”: Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası ilə bağlı danışıqlar aparılır

10-04-2025, 18:11 Baxılıb: 8

“Gürcüstan Dəmir Yolları”: Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası ilə bağlı danışıqlar aparılır

Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Gürcüstan Dəmir Yolları” BMG media platformasına açıqlama verib.

Bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:

“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.

Qeyd edək ki, pandemiya dövründə dayandırılan Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti hələ də tam şəkildə bərpa olunmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30