patriotnews.az
http://patriotnews.az

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

11-04-2025, 17:35 Baxılıb: 0

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə bəzi açıqlamalar verib.

Serdar Kılıç Türkiyənin Ermənistandan Konstitusiyaya dəyişiklik tələbini edib-etmədiyi barədə suala belə cavab verib:

"Baş nazir Nikol Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib. Bu kontekstdə Ermənistan öz Konstitusiyasına lazımi dəyişiklikləri edəcək".

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq tam razılaşdırılıb və 17 paraqrafdan ibarətdir. Azərbaycanın sülh təşəbbüslərinə əsaslanan bu sənəd hər iki ölkənin nümayəndələrinin uzunmüddətli və səmərəli danışıqları nəticəsində formalaşıb.

Rəsmi Bakı sülh müqaviləsinin mətnin hazırlanmasında heç bir əlavə şərt irəli sürməyib, ancaq Azərbaycan mövcud reallıqların qəbul olunmasını istəyir. Bunun üçün Ermənistan cəmi 2 şərti yerinə yetirməlidir:

-  ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə razılaşmalıdır;
- Ermənistan Konstitusiyasına dəyişiklik edilməlidir.

Qeyd edək ki, Türkiyə Ermənistan-Azərbaycan danışıqlarını diqqətlə izləyir və Ankara Bakının haqlı şərtlərini müdafiə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930