patriotnews.az
http://patriotnews.az

Ədliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ

11-04-2025, 15:08 Baxılıb: 0

Ədliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ

 Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:

“Bildiririk ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər.

Həmçinin qeyri-hökumət təşkilatları institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.

Qeyd edilməlidir ki, sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət orqanları bütün risk faktorlarını, ölkə risk qiymətləndirilməsinin nəticələrini və nəzarət etdikləri şəxslər tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin nəticələrini nəzərə almalıdırlar.

Göstərilənlərə əsasən və qeyri-hökumət təşkilatlarına nəzarət orqanı qismində nazirlik tərəfindən sahəvi risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün  institusional risk qiymətləndirilməsinin nəticələrinin qısa müddət ərzində Ədliyyə Nazirliyinə təqdim olunması xahiş olunur".                 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930