patriotnews.az
http://patriotnews.az

Qar yağacaq, yollar buz bağlayacaq - Günün havası

28-02-2025, 08:57 Baxılıb: 2

Qar yağacaq, yollar buz bağlayacaq - Günün havası
 
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 
Səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30