patriotnews.az
http://patriotnews.az

Niyazi Bayramov bir neçə gün əvvəl xəsarət almış A.H. adlı şəhər sakinini xəstəxanada ziyarət edib

3-03-2025, 19:17 Baxılıb: 106

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl xəsarət almış A.H. adlı şəhər sakinini xəstəxanada ziyarət edib.

Patriot News.az xəbər verir ki, Niyazi Bayramov qadının səhhəti və psixoloji durumu ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, bir neçə gündür tibb müəssisəsinin reanimasiya şöbəsində olan pasient bugün stasionar palataya köçürülüb. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu qadınla və iki azyaşlı övladı ilə söhbət aparıb. Uşaqların psixoloji vəziyyəti nəzərə alınaraq onlar “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai Birliyinin Gəncə şəhəri üzrə Uşaqlar üçün sosial xidmət mərkəzinə yönləndiriliblər. Niyazi Bayramov məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün zəruri tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qadın və azyaşlı övladları nəzarətdə saxlanılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930