patriotnews.az
http://patriotnews.az

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının psixoloqu Günay Əsgərova ilə müsahibə

4-03-2025, 12:01 Baxılıb: 10

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının psixoloqu Günay Əsgərova ilə müsahibə. Psixoloq Günay Əsgərova “Uşaq və yeniyetmələrdə özgüvən əksikliyi” mövzusunda suallarımızı cavablandırıb Hər dövr üçün aktual olan bu mövzu ətrafında psixoloq maraqlı açıqlamalar verib. Müsahibəni sizlərə təqdim edirik. - Hər vaxtınız xeyir, Günay xanım, maraqlıdır uşaq və  yeniyetmələrdə özgüvən əksikliyi  nədir?

- Özgüvən əksikliyi, uşaqların və yeniyetmələrin öz bacarıqları, imkanları və dəyərləri ilə bağlı şübhələr və qeyri-müəyyənlik hissi yaşadıqları bir vəziyyətdir. Bu vəziyyət, onların özlərini qiymətləndirmə qabiliyyətlərini və həyatlarına dair ümumi münasibətlərinə təsir edir. 

- Özünüqiymətləndirmənin aşağı olmasının əlamətləri nələrdir?

- Özünəqarşı tənqidkar  yanaşma: Özünü davamlı  olaraq pis hiss etmə, özünə qarşı  sərt olmaq.
Uğursuzluq qorxusu: Uşaqlar və yeniyetmələr, uğursuzduqdan qorxduqları üçün yeni fəaliyyətlərə başlayıb cəhd etməyə çətinlik çəkə bilərlər.
Sosial çəkilmə: Sosial vəziyyətlərdən qaçma, digər insanlarla əlaqə qurmaqda çətinlik çəkmə.
Aşağı öz-şəkil: Özünə qarşı özəl bir hörmət duymama və ya əhəmiyyət verməmə.
Müqayisə etmə: Hər zaman başqaları ilə müqayisə edərək özünü daha aşağı hiss etmə.

- Özünüqiymətləndirməsi aşağı olan bir uşaq necə davranır?

- Özünüqiymətləndirməsi aşağı olan bir uşaq aşağıdakı şəkildə davranır:
- Çətinliklərə qarşı qorxu: Yenisini cəhd etməyə qarşı əngəl yaranır, çünki başqalarının düşüncəsindən və uğursuzluqdan qorxur.
Ətrafda olanları suçlama: Özünə qarşı çox sərt  olduğu üçün öz uğursuzluqlarını ya başqalarına ya da xarici amillərə yönləndirər.
Aşağı motivasiya: Hədəflərini izləməkdə motivasiya əskikliyi yaşayar, çünki uğurdan ümidini itirə bilər.
Sosial çəkilmə: Digər uşaqlardan uzaq durma, onların yanında rahat hiss etməmə, dərsdə və ya digər sosial vəziyyətlərdə daha çox tək qalma. 
Düşük özsayğı: Davranışlarında özünə qarşı sevgi və hörmət azalmış  olur, bu da onların sosial və akademik həyatına təsir edə bilər. 

- Valideynlərə tövsiyyəniz
- Dəstək verin və motivasiya edin, müsbət gücləndirmə istifadə edin, onun fikirlərini dinləyin. səhvlərdən dərs almağa təşviq edin, özünü ifadə etməyə imkan verin, duyğusal dəstək təmin edin.  

Həyatda uğursuzluqları səhv kimi deyil, təcrübə kimi görməsini təşviq edin.      

@ Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930