patriotnews.az
http://patriotnews.az

Nazir: Yeni dünya düzənində çoxtərəfli təsisatlara qoşulmaq zəruridir

13-03-2025, 16:17 Baxılıb: 0

Nazir: Yeni dünya düzənində çoxtərəfli təsisatlara qoşulmaq zəruridir

Yeni dünya düzənində çoxtərəfli təsisatlara qoşulmaq zəruridir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan hər zaman çoxtərəfliliyə sadiq qalıb:

“Biz Azərbaycan-Gürcüstan, Azərbaycan-Özbəkistan-Qazaxıstan-Türkiyə kimi formatları buna misal göstərə bilərik. Bunlar müsbət sxemlərdir”.

XİN başçısı qeyd edib ki, çoxtərəflilik qlobal qovşaq rolunu oynamalıdır: 

"Bu, bir neçə il tələb edə bilər, ancaq bütün hallarda formalaşdırmaq üçün siyasi iradə olmalıdır. Tarix göstərir ki, çoxtərəflilik daimidir və mütəmadi inkişaf edir. Ona görə də bunu yenidən qurmaq elə də çətin deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930